Ru
14:20 / 09 Noyabr 2019

Xəstəxanaya yerləşdirilən dünya çempionundan XƏBƏR VAR

2688
Böyrək çatışmazlığından əziyyət çəkdiyi üçün Türkiyəyə aparılan dünya çempionu Ayxan Mamayevin səhhəti yaxşıdır.

BakuPost xəbər verir ki, 17 gün xəstəxanada yatan karateçi sağlamlığı barədə sosial şəbəkədə paylaşım edib:


"17 gün Allahın sınağında oldum, çox əziyyətlər çəkdim. Böyrəklərimdə yaranan problemlə bağlı xəstəxanada qaldım. 1 həftə Azərbaycanda, 10 gün Türkiyədə müalicə aldım. Şükürlər olsun ki, nəticə gözəl oldu. Ailəmə, dostlarıma, Karate Federasiyasının rəhərliyinə, tanıyanlara, maraqlananlara çox sağ ol demək istəyirəm.

Bütün xərcləri Karate Federasiyası qarşıladı. Hər gün dostlarım yazıb, maraqlandılar. O qədər çətin gün yaşadım ki, indi düzəlməyimə sevinirəm. Allah heç kimə belə günlər nəsib etməsin. Hər günümüzə, anımıza şükürlər olsun".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər