Ru
12:38 / 13 Noyabr 2019

Trampdan Ərdoğana 100 milyardlıq təklif

2765
ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana 100 milyard dollarlıq ticarət sövdələşməsi təklif edib. Əvəzində isə Vaşinqton Rusiyaya məxsus "S-400" hava hücumundan müdafiə sistemlərini aldığına görə Ankaraya sanksiya tətbiqini aradan qaldıracağını vəd edir.

BakuPost xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.


Məlumata görə, Amerika liderinin iki ölkə arasında münasibətləri yaxşılaşdırmağa yönəlmiş bənzər təkliflərindən ibarət məktubu ötən həftə Ərdoğana göndərilib.

“Yəqin ki, Trampın təklifləri ABŞ Nümayəndələr Palatasında keçən ay Suriyadakı hərbi əməliyyatlarla bağlı Türkiyəyə qarşı sanksiya tətbiq edilməsini dəstəkləyən bəzi konqresmenləri qəzəbləndirəcək”, -deyə nəşr yazıb.

Qeyd edək ki, hazırda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da səfərdədir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər