Ru
14:29 / 13 Noyabr 2019

"Hökumət o şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır" - Deputat

1498
"Biz son iki ildə yeni iki Baş Nazirin iştirakı ilə yeni büdcə layihəsini müzakirə edirik. Heç şübhəsiz ki, burada bir məna var".

BakuPost-un məlumatına görə, bunu millət vəkili Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxış edərkən deyib.


Deputat bildirib ki, cənab Prezident yeni çağırışlar edib:

“Ciddi mənada hökumətdə dəyişikliklərə gedilib. Nazirlər Kabinetinin yeni tərkibindən cənab Prezidentin son 1 ayda qabarıq şəkildə irəli sürdüyü çağırışlarla daha artıq məşğul olmasını gözləyirik. Birinci növbədə hökumət keçmiş Nazirlər Kabinetində yer alan şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır. Cənab prezident yeni elitanı formalaşdırır. Bu həm də hökumət və dövlət strukturlarını əhatə etməkdir.

Yeni elitanın formalaşmasına hamı öz töhfəsini verməlidir. Düşünürəm ki, ölkə başçsının irəli sürdüyü tələblərdən biri haqsız rəqabəti aradan qaldırmaqdır. Prezidentin öz ifadəsi ilə söyləsək bir sıra hallarda insanları şərləyirlər, bizneslərini ələ keçirməyə cəhd edirlər, özləri üçün üstün iqtisadi şərait yaradırlar. Bu, təbii ki, aradan qaldırılmalıdır”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər