Ru
16:38 / 13 Noyabr 2019

Generalın seyid babası haqqında maraqlı məlumatlar - Pənah Makulu nələr yazıb? - FOTO

6895
Xəbər verdiyimiz kimi, BŞBPİ-nin rəisi, polis general-mayor Mirqafar Seyidovun qardaşı Mirələsgər Seyidov uzun sürən xəstəlikdən sonra vəfat edib və o, doğulduğu Şahtaxtı kəndində dəfn edilib.

BakuPost-un əməkdaşı yas mərasimində iştirak edənlərdən birindən M.Seyidovun babaları haqda maraqlı məlumatlar, eləcə də babalarının dəfn olunduğu türbənin fotoşəkillərini əldə edib.

Məlumata görə, Şahtaxtı kəndində məskunlaşan ilk seyid ailəsi olan "Böyük Seyid" ləqəbli Mir Abdulla Ağa çar Rusiyası dövründə belə, nüfuzuyla hesablaşılan din xadimi olub. Onun oğlanlarından Hacı Seyid Mirmehdi Ağa isə nəinki Naxçıvan, o cümlədən İrəvan və Qarabağ mahalında, həmçinin Cənubi Azərbaycanda geniş şöhrət qazanmış din xadimi olub. Onun barəsində Pənah Makulunun "Xiyabani" romanında da bəhs edilib...

Aşağıdakı fotolar da Hacı Seyid Mirmehdi Ağanın özünün və 6 oğlundan 3-nün dəfn edildiyi türbədən çəkilib. Türbə Şahtaxtı kəndində yerləşir və Naxçıvan memarlıq məktəbinin nümunələrindən sayılır.

Türbədə asılmış şəcərdə son 250 ildə Şahtaxtıda yaşamış bu seyid ailəsindən olan şəxslərin adları yer alıb.









Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər