Ru
14:35 / 17 Aprel 2017

“Post-sovet Azərbaycanında mədəni-milli kimlik” - Universitetdə konfrans

4055

Bakı Slavyan Universitetində BSU-nun, Böyük Britaniyanın
Kembric Universitetinin və Almaniyanın Berlin-Humboldt Universitetinin birgə təşkilatçılığı
ilə "Post-sovet Azərbaycanında mədəni-milli kimlik” mövzusunda elmi konfransın
açılış mərasimi keçirilib.


BakiPost.az xəbər
verir ki, konfransın açılışında çıxış edən BSU-nun rektoru, professor Nurlana
Əliyeva qonaqları salamlayıb, konfransın gündəliyi və qarşıda duran məsələlər
barədə məlumat verib. O, Azərbaycanın müstəqillik dönəmində mənəvi dəyərləri bərpa
etmək, milli-mədəni kimlik sahəsində mövcud problemləri aradan qaldırmaq
istiqamətində ciddi işlər görüldüyünü diqqətə çatdırıb. Rektor Azərbaycan
Respublikasının qurucusu Heydər Əliyevin dövlətçilik siyasətinin əsasında məhz
milli-mənəvi dəyərlərin dayandığını, azərbaycançılıq ideyasının əsas
götürüldüyünü qeyd edib. O, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin həmin ənənələri daha da inkişaf
etdirdiyini, məhz dövlət başçısının sərancamları ilə milli-mədəni kimlik məsələsinin
dövlətçilik siyasətinin tərkib hissəsinə
çevrildiyini qeyd edib. N.Əliyeva konfransın mövzuları barədə qısa məlumat verərək,
onun öz işini 3 bölmə üzrə iki gün davam etdirəcəyini bildirib.


BSU-nun prefessoru
Rəhilə Qeybullayeva konfransın xüsusi layihə üzrə baş tutduğunu və
onun növbəti mərhələlərinin də olacağını bildirib. O, konfransda tədqiq olunan
mövzuların rəngarəng olduğunu, burada dini dəyərlərdən tutmuş musiqiyədək bir
çox mövzuların araşdırıldığını qeyd edib.


Sonra AMEA-nın
humanitar bölməsinin rəhbəri, M.Fizuli adına Əlyazmalar İnstitutunun direktoru,
akademik Teymur Kərimli çıxış edərək konfransın əhəmiyyətli mövzuya həsr
olunduğunu vurğulayıb. O, milli-mədəni kimlik məsələsinin müstəqillik dövründə
formalaşmış azərbaycançılıq ideyasının əsasını təşkil etdiyini bildirib. Xəzər
Universitetinin rektoru, professor Hamlet İsaxanlı Azərbaycanda milli-mədəni
kimlik məsələsinin tarixinə baş vuraraq, onun zaman-zaman dəyişildiyini qeyd
edib. O, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq
ideologiyasında milli-mədəni kimliyin xüsusi önəmi barədə məlumat verib.

Daha sonra Berlin-Humboldt
Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri Yeva-Maria Aux və Kembric
Universitetinin professoru Çarlz Melvil çıxış ediblər. Qonaqlar belə bir ciddi
mövzunun gündəmə gətirilməsinə görə universitet rəhbərliyinə öz minnətdarlıqlarını
bildiriblər.

Konfrans həmin gün
öz işini bölmələr üzrə davam etdirib. Xəzər Universitetinin rektoru, professor
Hamlet İsaxanlının rəhbərliyi altında keçirilən birinci bölmənin iclasında "Milli
kimliklərin dəyişməsi dövrü”, Kembric Universitetinin professoru Çarlaz
Melvilin sədrliyi altında keçən ikinci bölmənin iclasında isə "Yeni milli-mədəni
kimliklərin formalaşması dövrü” mövzuları müzakirə edilib. Konfransın ikinci
günü üçüncü bölmədə "Post-sovet Azərbaycanında tarixi normativlər və mədəniyyət
quruculuğu” məsələsi ətrafında diskussiyalar aparılacaq.


Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər