Ru
10:08 / 27 Aprel 2017

Metroda həyacan - Qatar tuneldə qaldı

1168
Bu gün səhər saatlarında "Dərnəgül”- "Həzi Aslanov” istiqamətində hərəkət edən qatarda problem yaranıb.


Bu barədə BakıPost.az-a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. 


O bildirib ki, Dənərgül-Həzi Aslanov istiqamətində hərəkət edən 24 saylı qatarda texniki nasazlıq olub: "Qatar "28 May” stansiyasında olduğu zaman nasazlıq olub. Ona görə də qatar "Nəriman Nərimanov” stansiyasında boşaldılaraq depoya göndərilib. Həmçinin arxadan gələn qatarların hərəktində gecikmələr olub, interval pozulub. Amma hazırda baş vermiş problem aradan qaldırılıb”. 


Qeyd edək ki, "Dərnəgül”- "Həzi Aslanov” istiqamətində hərəkət edən qatar 10 dəqiqəyə yaxın tuneldə qalıb. Bu səbəbdən sərnişinlər arasında panika yaranıb.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər