Ru
09:35 / 27 Aprel 2017

- Ölənlərin adları açıqlandı / FOTOLAR Lənkəranda dəhşətli qəza

1891

Lənkəranda baş verən ağır yol qəzasında ölənlərdən birinin kimliyi məlum olub.
 

BakiPost.az APA-ya istinadən xəbər verir ki, bu,  Lənkəran rayonu Gərmətük qəsəbə sakini 1991-ci il təvəllüdlü Şükürov Anar Şükür oğludur.


A.Şükürovun "Mercedes”-də olduğu deyilir. Hadisə nəticəsində ölən digər şəxsin kimliyi müəyyənləşdirilir.


Yaralılar isə ”Lada Priora”-nın sürücüsü və sərnişinləri, Lənkəranın Gərmətük qəsəbə sakinləri, 1993-cü il təvəllüdlü Məcidov Mustafa Məcid oğlu,1994-cü il təvəllüdlü Ağayev Vuqar, Mikayıl oğlu və 1991-ci il təvəllüdlü Rüstəmov Mahir Mayis oğludur.

 Onlardan ikisinin vəziyyətinin orta ağır olduğu bildirilir.

 

 ***

 23:59

 

 

Lənkəranda baş verən yol qəzasında ölənlərin sayı 2-yə, yaralıların isə  3-ə çatıb

 

BakiPost.az-ın APA-ya istinadən məlumatına görə, Lənkəranın Velədi kəndi ərazisində "Mercedes”   markalı avtomobil əvvəl ”Lada Priora”, daha sonra isə İran  vətəndaşına məxsus yük maşını ilə  toqquşub.

 

Güclü zərbə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.

 

Qəza səbəbindən Ələt-Astara yolunda uzun tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır. 

 

***

23:13

 

Lənkəranda ağır yol qəzası baş verib.

 

BakiPost.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Ələt-Astara yolunda, Lənkəranın Velədi kəndi ərazisində qeydə alınıb.

 

İki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 2-si yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.  

 

Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.

 

Bakı Post
 - Ölənlərin adları açıqlandı / FOTOLAR Lənkəranda dəhşətli qəza
 - Ölənlərin adları açıqlandı / FOTOLAR Lənkəranda dəhşətli qəza
 - Ölənlərin adları açıqlandı / FOTOLAR Lənkəranda dəhşətli qəza
 - Ölənlərin adları açıqlandı / FOTOLAR Lənkəranda dəhşətli qəza
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər