Ru
22:39 / 26 Aprel 2017

Gəncədə kütləvi dava - İki nəfər bıçaqlandı

974
Gəncədə iki nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava olub.

 

BakiPost.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

 

Bir neçə nəfərin dalaşması nəticəsində Göygöl rayon sakinləri, 1996-cı il təvəllüdlü Qurbanlı Aqil Eynar oğlu qarın nahiyəsindən və onun həmyaşıdı Hüseynov Vaqif Nizami oğlu qolundan bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər