Ru
10:50 / 27 Aprel 2017

Azərbaycanlı diplomatın arvadı oğurluq edərkən yaxalandı - ABŞ-da

1116
Azərbaycanlı diplomatın həyat yoldaşı ABŞ-da mağazalardan birində oğurluq edərkən yaxalanıb.


"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin birinci katibi Fərid Cəbrayılovun həyat yoldaşı 29 yaşlı Mehriban Cəbrayılova uşaq arabasına qoyduğu 188,88 dollarlıq malın ödənişini etmədən univermaqdan çıxmağa çalışıb. Mühafizəçi onu saxladıqda isə Cəbrayılova diplomatik toxunulmazlığı olduğunu bildirib. 


Bundan sonra diplomatın həyat yoldaşı buraxılıb. Lakin bununla bağlı dövlət departamentinə məlumat verilib. Belə ki, bu kimi hallarda həmin şəxslərin diplomatik toxunulmazlığı ləğv edilə və haqlarında cinayət işi açıla bilər. Adətən cinayət işinin daha ağır cinayətlər üçün açıldığı da vurğulanır. 


M.Cəbrayılova hadisəni şərh etməkdən imtina edib. 


Diplomat isə belə bir hadisənin baş vermədiyini deyib. Univermağın meneceri isə şərh verməkdən imtina edib. 

 

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər